“Abşeron” heyətini yeni voleybolçu ilə gücləndirib.
Sportinfo/az xəbər verir ki, Famil Ağayevin rəhbərlik etdiyi kollektiv Azərbaycan millisinin hücumçusu Nikalina Başnakovanı transfer edib.
Oyunçu ilə bir illik müqavilə imzalanıb. N. Başnakova son olaraq İtaliyanın “Kosta Volpino” komandasının formasını geyinib.