AZ

Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Braziliya Beynəlxalq Münasibətlər Mərkəzində (CEBRI) keçirilən paneldə Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.

Bildirilib ki, Y.Rəfiyev "Qitələri birləşdirən: Bakıdan Belenə İqlim Liderliyi üzrə Dialoq" adlı panel müzakirəsində iştirak edib.

O, panel iştirakçılarına COP29 danışıqlarından gözlənilən nəticələri, konfransın gündəliyi çərçivəsində Azərbaycanın təşəbbüsləri, həmçinin COP29-un potensial uzunmüddətli qlobal mirası haqqında məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
hakimiyyet.az

10Mənbələr