AZ

Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Braziliya Beynəlxalq MünasibətlərMərkəzində (CEBRI) keçirilən paneldə Azərbaycanın COP29 gündəliyiçərçivəsindəki təşəbbüslərini təqdim edib.

Trend-in COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindənaldığı məlumatına görə, Y.Rəfiyev "Qitələri birləşdirən: BakıdanBelenə İqlim Liderliyi üzrə Dialoq" adlı panel müzakirəsindəiştirak edib. O, panel iştirakçılarına COP29-dan gözlənilənnəticələr, konfransın gündəliyi çərçivəsində Azərbaycanınirəlilədiyi təşəbbüslər və COP29-un potensial uzunmüddətli qlobalmirası barədə ətraflı məlumat verib.

Braziliya rəsmiləri və digər iştirakçılar Azərbaycanın busahədəki səylərini yüksək qiymətləndirib və iki ölkə arasındagələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. COP29-unAzərbaycan tərəfindən ev sahibliyi ediləcəyi bu tədbir, ölkəninbeynəlxalq iqlim siyasətindəki rolunu daha da möhkəmləndirəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
az.trend.az

10Mənbələr