AZ

Kanadada ağacların qırılması nəticəsində meşələr 50 faizdən çox azalıb

Kanadada ağacların kəsilməsi meşə sahələrinin azalmasına gətirib çıxarıb. SİA xəbər verir ki, bu barədə “Reuters” agaentliyi məlumat yayıb.

Ən çox ağacın kəslidiyi Ontario vilayətində aparılmış təhlil (2016-2020) sertifikatlaşdırılmış boreal meşələrinin 976,42 kvadratmetrinin itkisi ilə nəticələnib. Dünya meşə sahəsinin 9 faizini təşkil edən Kanada meşələri qlobal istiləşmənin qarşısını almaq üçün olduqca əhəmiyyətli hesab olunur. “Canadian Journal of Forest Research” jurnalında 2021-ci ilə aid edilən bir araşdırmaya və keçən il “Frontiers in Forests and Global Change” jurnalında dərc edilmiş digər bir araşdırmaya görə, ən çox karbon saxlayan yaşlı ağacların azalmasının böyük əksəriyyətinə ağac tədarükü səbəb olub. 2021 və 2023-cü illər üzrə təhlillərə görə, Kanadanın qədim gözəllik və müxtəlif ekosistemlərin nümunəsi olan İngiltərə Kolumbiyasında son iyirmi ildə köhnə meşələrin sahəsi 50 faizdən çox azalıb.

Seçilən
144
46
sia.az

10Mənbələr