AZ

Dünyada ilk dollar trilyonçusu kim ola bilər?

"Tesla"nın qurucusu İlon Mask 2027-ci ilə qədər dünyanın ilk dollar trilyonçusu ola bilər.

seher.media xəbər verir ki, müvafiq hesabatı "Informa Connect Academy" biznes-izləmə qrupu dərc edib.

Mask haqqında nəticələr onun sərvətinin ildə orta hesabla 110% artmasına əsaslanır. O, elektrik avtomobil şirkəti "Tesla", özəl raket şirkəti "SpaceX" və "X" sosial şəbəkəsinə rəhbərlik edir.

"Bloomberg Billionaires Index"ə görə, Mask hazırda 251 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı hesab olunur.

Qeyd edək ki, dünyanın ilk trilyonçusu 1916-cı ildə peyda olub. Bu adı "Standard Oil" şirkətinin yaradıcısı Con D. Rokfeller qazanıb.

Seçilən
154
12
seher.media

10Mənbələr