AZ

Dünyanın ilk trilyonçusu kimin ola biləcəyi məlum olub

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı iş adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu ola bilər.

Banco.az xəbər verir ki, bu barədə “Informa Connect Academy” analitik şirkətinin hesabatında deyilir.

Şirkət öz təhlilində Maskın sərvətinin son illərdə illik orta hesabla 110% artdığını bildirib.

“Dünyada heç kim trilyonçu statusuna iddialı olmayıb, ən azı hələ ki. Bununla belə, bir neçə ehtimal namizəd var”, - hesabatın əvvəlində deyilir.

Maskdan başqa, “Informa Connect Academy” dollar trilyonçuları statusuna daha dörd iddiaçı müəyyən edib - Hindistanın sənaye konqlomeratı “Adani Group”un sahibi Qautam Adani (sərvətin artımı - ildə 122%), Amerika texnologiya şirkəti “Nvidia”nın baş direktoru Censen Huanq (ildə 111%), İndoneziyada “Barito Pacific”in təsisçisi Prayoqo Panqestu (135%) və lüks geyimlərin nəhəngi “LVMH”nin sahibi Bernard Arno və ailəsi (ildə 29,3%).

Ən sərfəli kredit üçün müraciət et

phrase_var_article.chosen
157
5
banco.az

10phrase_var_article.sources