AZ

Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır - İsrafil Kərimovun yazısı

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romayaişgüzar səfərə gəlib. Üç günlük səfər öz məhsuldarlığı ilə seçilib. Səfərçərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikasının PrezidentiSercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri CiorciaMeloni, İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru KlaudioDeskalzi, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru FabrizioFabbri ilə görüşləri keçirilib, paytaxt Roma şəhərində iki ölkə başçılarınıniştirakı ilə Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsimərasimi olub.Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuşBeynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanınrolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib.Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməzstruktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbətmənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanındünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkə-mizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığasöykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsindəmühüm halqadır.Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentininaktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik həriki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezidentİlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vur-ğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdaroldu.Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır.Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ci-orcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib,iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad vədəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusiməmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyayabu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevləİtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərədair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeniəməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda,ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye,energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəniistiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Hu-manitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliyauniversitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmixüsusi qeyd olunub.Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad vəmaraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdəyerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğununnümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki,Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobalsiyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdətəkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yenimərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq ÇernobbioForumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmidaşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya stratejitərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 iləvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizimmüntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfəretmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaşolduğumuzu nümayiş etdirir”.Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyigörüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcəmöhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAPlayihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrininenerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətininartırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkətiilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrininmüəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncüölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iriticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsiolan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını vəİtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkətərəfindən yüksək qiymətləndirilib.Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində BeynəlxalqÇernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlısessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətləndirərək bu qazdəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini bildirib.Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilo-metrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyinivurğulayaraq deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və buölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa KomissiyasıAzərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadankeçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı sontəyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilkdəfə olaraq təbii qazı İtaliyaya daşıyır.Hazırda elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsastərəfdaşlarımızdır. Məsələn, məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdətikilən 1300 meqavata yaxın gücü olan elektrik stansiyası üçün turbinlərintəchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire Tecnimont” böyüksənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalızavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çoxmöhkəm və ildən-ilə böyüyən çoxşaxəli təməldir.Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratikproseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasətdünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinirespublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquqnormalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə,ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına,Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə stratejitərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbəttəsirini göstərib.Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasişəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənənprinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl vəsistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyienerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatlarıCənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüDia-az.İnfo

Seçilən
107
2
dia-az.info

10Mənbələr