AZ

Ağadadaş Ağayevin "MedEra Hospital"la bağlı şikayətinə nə vaxt baxılacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"a qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib.
"Qaynarinfo"nun məlumatına görə, işə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ifaçı məhkəmədə "MedEra Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.
Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "MedEra Hospital"ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
oxu.az

10Mənbələr