Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot Qafqaz turu çərçivəsində yenidən Gürcüstana gələcək.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, sentyabrın 16-18-də Tiflisə, 18-19-da isə İrəvana səfər etməyi planlaşdırır.
“Mən 16-18 sentyabr tarixlərində Gürcüstan və Ermənistanda dostlar, müttəfiqlər və Avropa kursunun tərəfdarları ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - Rot sosial şəbəkələrdə yazıb.
Rot may ayında Aİ-nin 6 ölkəsinin parlamentlərindən ibarət nümayəndə heyətinin tərkibində Tiflisə gəlmişdi. Həmin vaxt Gürcüstan hökuməti nümayəndə heyəti ilə görüşməkdən imtina edib, hakim partiyadan isə yalnız parlamentin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Nikoloz Samxaradze danışmağa razılaşıb.
Sonra Rot Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqdə xarici agentlər haqqında qanuna etiraz edənlərə qoşulub. O, “Gürcü arzusu”nu “Gürcü kabusu” adlandırıb.