Gürcüstan hakimiyyəti ölkədə iki inqilab təşkil etmək cəhdinə görə xarici agentlər haqqında qanun qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“İki inqilab cəhdi fonunda biz qanun (“xarici agentlər haqqında” – red.) qəbul etdik, onun yeganə məqsədi kənardan idarə olunan inqilabi hadisələrin şəffaflığı idi”, – o qeyd edib.
Bundan əvvəl Kobaxidze vurğulayıb ki, Gürcüstanda seçki dövrü xarici qüvvələrin ona görünməmiş müdaxiləsinin inkişafı fonunda keçir.
Həmçinin, onun sözlərinə görə, Gürcüstanda 450-dən çox təşkilat əvvəllər qəbul edilmiş qanuna uyğun olaraq xarici agentlərin reyestrində qeydiyyatdan keçib.