AZ

Perunun keçmiş prezidenti Alberto Fuximori vəfat edib

Bakı. Trend:

Perunun keçmiş prezidenti Alberto Fuximori 87 yaşında vəfatedib.

Trend xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumatverib.

"Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximoriindicə Tanrının yanına getdi", - deyə o, X-də yazıb.

İyul ayında Keiko Fuximori korrupsiya və dissidentlərə qarşırepressiyaların təşkilinə görə cəzasını çəkən atasının növbətiprezident seçkilərində iştirak etmək niyyətində olduğunuaçıqlamışdı.

2009-cu ilin aprelində ölkəyə 1990-2000-ci illərdə rəhbərliketmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 25il müddətinə azadlıqdan məhrum edilib. Xüsusilə, məhkəməsiyasətçinin 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada 9 tələbə və 1universitet müəlliminin oğurlanaraq öldürülməsində iştirakınısübuta yetirib.

Bundan başqa, eks-prezident korrupsiya və dövlət vəsaitlərininmənimsənilməsi ilə bağlı bir sıra işlərdə mühakimə olunub. 2017-ciildə Peru prezidenti Pedro Pablo Kuçinski yalnız 2023-cü ilindekabrında Fuximorini əfv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
2
az.trend.az

10Mənbələr