AZ

MSK Müsavat partiyasının üzvünün şikayətini təmin etməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkidə 31 saylı Suraxanı ikinci seçki dairəsinin məntəqələrində qanun pozuntularının qeydə alınması iddia edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü İlkin Şahbazov təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd, Müsavat partiyasının üzvü Ərzulla Bulud bu şikayətlərlə MSK-ya müraciət edib:
"Şikayətçi 8 seçki məntəqəsində pozuntuların olduğunu iddia edib və səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib. Şikayətçi bununla bağlı 14 videogörüntü əlavə edib. Lakin şikayətçi həmin videogörüntüləri səsvermə anında çəkə bilmədiyini, məntəqələrdən kənarda seçicilərlə ünsiyyət zamanı qeydə aldığını deyib. Bu baxımdan, iddia edildiyi kimi qanun pozuntusu qeydə alınmayıb və namizədin şikayəti təmin edilməyib".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
Seçilən
88
11
oxu.az

9Mənbələr