AZ

Aİ-nin sanksiyaları bu ölkəyə 4milyard dollar ziyan vurub

Slovakiya 2022-ci ildən bəri ölkə iqtisadiyyatına mənfi təsir göstərən Aİ-nin anti-Rusiya sanksiyaları səbəbindən 3,9 milyard dollardan çox itirib.

"Unikal" xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində Rusiya Federasiyasının Bratislavadakı ticarət nümayəndəsi Sergey Stupar deyib.

O qeyd edib ki, 2018-2021-ci illərdə Slovakiyanın Rusiyaya ixracı ildə təxminən 2 milyard dollar təşkil edib. Halbuki 2022-ci ildə 670 milyon dollara, 2023-cü ildə 400 milyon dollara düşüb, bu ilin ilk altı ayında isə cəmi 117 milyon dollar olub.

"Slovakiyaya birbaşa itkilər ən azı 3,9 milyard dollar təşkil edib" deyən Stupar, ən böyük zərərin Rusiya xammalı və tranzitindən asılı olan şirkətlərin dəydiyini vurğulayıb. 

Gülayə Mecid 

Seçilən
196
50
unikal.az

10Mənbələr