AZ

Loyallıq proqramları üzrə mütəxəssis - VAKANSİYA

"Business Insight International Research GROUP" şirkəti Loyallıq proqramları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblərimiz:

  • Kişi və ya xanım namizədlər;
  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
  • Yaş həddi: 22-35;
  • Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
  • Marketinq və ya loyallıq proqramları sahəsində ən azı 2 illik təcrübə;
  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş öhdəlikləri:

  • Loyallıq proqramının hazırlanması və dəstəklənməsi: Müştərilərin proqrama cəlb olunması və saxlanması üçün təkliflərin hazırlanması və inkişaf etdirilməsi də daxil olmaqla loyallıq proqramının yaradılmasında və tətbiq olunamasında vəzifələrin icrası.
  • Proqramın effektivliyinin analizi: Loyallıq proqramının işinə dair məlumatların toplanması və təhlili, o cümlədən iştirakçıların fəallıq göstəriciləri, alış-veriş tezliyi və müştəri məmnuniyyəti səviyyəsi və sair metriklərlə olçülməsi.
  • Təkliflərin fərdiləşdirilməsi: Proqram iştirakçılarının davranış və üstünlüklərinin təhlili əsasında fərdiləşdirilmiş təkliflərin, eləcə də aksiyaların hazırlanması və tətbiq olunması.
  • Digər şöbələrlə koordinasiya: Loyallıq proqramının effektiv işləməsi və onun digər biznes prosesləri ilə inteqrasiyasını təmin etmək üçün marketinq, satış, digital və digər şöbələrlə qarşılıqlı əlaqə.
  • Rəqiblərin monitorinqi: Rəqiblərin loyallıq proqramlarının və bazar trendlərinin öyrənilməsi və təhlili, öz proqramını yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması.
  • Hesabatlıq və sənədləşmə: Loyallıq proqramının işinin nəticələri haqqında hesabatların hazırlanması, sənədləşmənin aparılması və onun korporativ standartlara uyğunluğunun təmin edilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti; 
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. 

Maraqlı olan namizədlər öz CV-lərini cv@businessinsight.az ünvanına “Loyallıq Proqramları üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
fins.az

7Mənbələr