AZ

"Prior Leasing" şirkəti rəqəmsal marketinq üzrə mütəxəssis axtarır

"Prior Leasing" şirkəti rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Biznes, marketinq və menecment sahələri üzrə olması arzuolunandır);
  • Müvafiq sahədə 1-3 illik iş təcrübəsinə malik olmalı;
  • Rəqəmsal marketinq üzrə istifadə olunan proqramlarda (xüsusilə Google Analitics, Tag Manager, Data Studio) sərbəst işləmə bacarığı olmalı;
  • Meta Ads, Google Search Console, SEO üzrə biliklərə sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv şəkildə hazırlanması və icrasını təmin etmək;
  • Rəqəmsal marketinq büdcəsinə nəzarət və hər bir yerləşdirmə kanalları (ödənişli media, mobil, sosial və s.) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Meta Ads, Google Search, Google Display, Youtube video reklamları və e-poçt marketinqi ilə bağlı bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək;
  • Mütəmadi olaraq rəqəmsal məlumatların və KPI göstəricilərinin təhlilini yerinə yetirmək və məlumatların tam və düzgün şəkildə digər tərəflərə çatdırılmasını təmin etmək;
  • Vebsayt üzərindən effektivliyin ölçülməsi məqsədilə müxtəlif testləri yerinə yetirmək;
  • Açar söz araşdırması aparılması, məzmunun optimallaşdırılması, reytinqlərin izlənilməsi proseslərinə nəzarət etmək;
  • Məhsul və xidmət istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Onlayn analitika platformaları əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri strategiyalarının quraşdırılmasını təmin etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 842-970 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq hr@prior.az ünvanına göndərmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
fins.az

7Mənbələr