AZ

Avstriya futbol çempionatının oyunu ləğv edildi - SƏBƏB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Zalsburq" və Klagenfurtun "Avstriya" komandaları arasında 14 sentyabr tarixinə təyin edilmiş Avstriya futbol çempionatının oyunu pis hava şəraiti səbəbindən ləğv edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Zalsburq"un Mətbuat Xidməti xəbər verib.
Alman DPA agentliyinin məlumatına görə, bu həftə sonu Avstriyada uzunmüddətli yağışlar və tufanlar gözlənilir, daşqın təhlükəsi var.
"14 sentyabr tarixinə planlaşdırılmış "Avstriya" ilə ev oyunu liqanın komissiyasının qərarından sonra pis hava şəraiti səbəbindən ləğv edilib. Oyunun keçiriləcəyi əlavə tarix daha sonra elan ediləcək" , - klubun məlumatında qeyd olunub.
Qeyd edək ki, "Zalsburq" və "Avstriya" arasındakı görüş Zalsburqda keçirilməli idi. Beş turdan sonra "Zalsburq" 9 xalla ölkə çempionatında dördüncü, "Avstriya" isə 7 xalla səkkizinci yerdədir. Daha əvvəl məlum olmuşdu ki, pis hava şəraiti səbəbindən ölkə çempionatının ikinci ən güclü divizionunda bir neçə oyun da ləğv edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
34
oxu.az

10Mənbələr