ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər antiterror əməliyyatı üçün Suriyanın Rakka şəhərinə enib və Şanina qəsəbəsində desant qüvvələri yaşayış evləri və yardımçı tikililəri intensiv atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə Şam FM məlumat yayıb.
Qanlı hücum zamanı ən azı 4 sakin həlak olub ki, onların arasında qadın da var.
Bildirilib ki, hücumda amerikalı hərbçilərlə yanaşı "Suriya Demokratik Qüvvələrinin" kürd silahlıları da iştirak edib.
Onlar axtarışda olan terrorçuların gizləndiyi bir neçə evə basqın edərək əsirləri özləri ilə aparıblar.
SDQ komandanlığı və ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasından hələlik bu barədə heç bir açıqlama verilməyib.