AZ

I sinfə gedən uşaqların azalması bu təhlükələri VƏD EDİR

Azərbaycanda yeni tədris ili başlayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2004-2005-ci ildə I siniflərə gedən 6 yaşlı uşaqların sayı 132 261 nəfər, məktəbəhazırlıq qruplarına gedən 5 yaşlı uşaqların sayı isə 89 000 nəfər olub.Rəsmi statistika göstərir ki, son 7 ildə Azərbaycanda I sinfə başlayan şagirdlərin sayında ciddi azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164 523 uşaq I sinfə qəbul olunmuşdusa, 2024-2025-ci tədris ilində bu rəqəm 132 261 nəfərə qədər azalıb. Bu isə 32 262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20% azalma baş verib.Azalmanın dinamikası:2019-2020-ci tədris ilində: 159644 nəfər2020-2021-ci tədris ilində: 156328 nəfər2021-2022-ci tədris ilində: 153822 nəfər2022-2023-cü tədris ilində: 151560 nəfər2023-2024-cü tədris ilində: 137 862 nəfər2024-2025-ci tədris ilində: 132 261 nəfər“Verilən rəqəmlər əsasında aşağıdakı müşahidələri etmək olar:- Hər il təxminən orta hesabla 4,5% azalma qeydə alınır.- 7 il ərzində I sinifə gedən uşaqların sayı 32 min nəfər azalıb. Azalma davam edərsə, təxminən 10 ildən sonra bu rəqəmin daha da aşağı düşəcəyi gözlənilir”. Ekspert 10 il sonrakı müddət üçün mümkün proqnoz verib:"Hazırkı azalma sürətinə əsasən, I sinfə gedən uşaqların sayının 10 il sonra daha da azalması gözlənilir. Əgər orta illik azalma nisbətini (təxminən 4,5%) nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra I sinfə qəbul olunan uşaqların sayı 100 000 nəfərdən aşağı düşə bilər.Təhlükələrdən danışan K.Əsədov deyib ki, uşaqların sayındakı azalma gələcəkdə əmək bazarında çatışmazlığa səbəb ola bilər: “Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər. Bu, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər.Bundan başqa, mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək.Uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq, bu da sosial təminat sistemlərinə və səhiyyə sektoruna ciddi təzyiqlər yarada bilər.Əhalinin azalması iqtisadi inkişaf dinamikasını zəiflədə bilər. Gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldar”.Ekspert məsələyə dair təkliflərlə çıxış edib:"Uşaqların sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək proqramları tətbiq edilməli, doğum səviyyəsini artırmaq üçün stimullar verilməlidir.Xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətlərinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır.Bu azalma, Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər, ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
bolgexeber.az

10Mənbələr