AZ

İkinci Liqa: “Şəmkir”, “Dinamo” və “Füzuli”dən səfər qələbəsi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Göygöl” evdə “Şəmkir”ə, “Qusar” isə “Dinamo”ya “quru” hesabla uduzub. “Şəki Siti” də “Füzuli” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.

Turun qalan görüşləri sentyabrın 17-də və 18-də keçiriləcək.

İkinci Liqa
3-cü tur

16 sentyabr

“Göygöl” – “Şəmkir” 0:3
Qollar: Akif Tağıyev, 26. Vidadi Cəfərov, 34; 38.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qusar” – “Dinamo” 0:2
Qollar: Fizuli Dəmirov, 46. Əli Məmmədli, 58.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Nurlan Əhmədzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Şəki Siti” – “Füzuli” 1:3
Qollar: Asim Quliyev, 53 – Sabir Allahquliyev, 10-pen; 13. Kənan Məmmədov, 74-pen.
Hakimlər: Rəsul Babayev, Rasim Axundov, Elmin Süleymanov, Emin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şəki şəhər stadionu, 16:30.

17 sentyabr

“Ağdaş” – “Saatlı-Araz”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağdaş şəhər stadionu, 16:00.

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Hypers Quba” – “Lerik”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

18 sentyabr

“Şəfa” – “Kür-Araz”
Hakimlər: Kamran Əliyev, Rəhman Aslanov, Samir Qaracayev, Maqsud Şəmiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
arena.az

10Mənbələr