AZ

İkinci Liqa: “Şimal” uduzdu, “Lerik” darmadağına üzüldü

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də üç qarşılaşma baş tutub.

“Ağdaş” “Saatlı-Araz”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Şahdağ Qusar” “Şimal”ı, “Hypers Quba” isə “Lerik”i məğlub yola salıb.

Tura sabah keçiriləcək “Şəfa” – “Kür-Araz” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
3-cü tur
16 sentyabr

“Göygöl” – “Şəmkir” 0:3
Qollar: Akif Tağıyev, 26. Vidadi Cəfərov, 34; 38.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qusar” – “Dinamo” 0:2
Qollar: Fizuli Dəmirov, 46. Əli Məmmədli, 58.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Nurlan Əhmədzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Şəki Siti” – “Füzuli” 1:3
Qollar: Asim Quliyev, 53 – Sabir Allahquliyev, 10-pen; 13. Kənan Məmmədov, 74-pen.
Hakimlər: Rəsul Babayev, Rasim Axundov, Elmin Süleymanov, Emin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şəki şəhər stadionu, 16:30.

17 sentyabr

“Ağdaş” – “Saatlı-Araz” 0:1
Qol: Elariz Xəlilli, 78.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağdaş şəhər stadionu, 16:00.

“Şahdağ Qusar” – “Şimal” 2:1
Qollar: Tural Qurbatov, 38. Ədilxan Qarəhmədov, 80-pen – Pirverdi Seyidov, 20.
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Hypers Quba” – “Lerik” 6:0
Qollar: Cavid İmamverdiyev, 11; 73. Nurlan Novruzov, 40; 64. Ramil Əhmədov, 42. Nail Təhməzli, 80.
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

18 sentyabr

“Şəfa” – “Kür-Araz”
Hakimlər: Kamran Əliyev, Rəhman Aslanov, Samir Qaracayev, Maqsud Şəmiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
arena.az

10Mənbələr