“AFB Bank” bu ilin 6 ayında ticarət və qiymətli kağızlara 19 milyon 613 min manat investisiya yatırıb.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə 21 milyon 962 min manat və ya 52,8 % azdır.
2023-cü ilin sonunda bankın ticarət və qiymətli kağızlara investisiyaların həcmi 41 milyon 575 min manat olub.
Bu ilin hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən, bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 32 milyon 923 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 32,8 % və ya 16 milyon 107 min manat azdır. (Valyuta.az)