"Formula-1" Azərbaycan Qran-prisinin son günündə iştirak üçün Azərbaycana səfər edən əfsanəvi britaniyalı supermodel Naomi Kempbell Bakıda 20 il əvvəlki nişanlısı Flavio Briatore ilə görüşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə onların birgə fotoları yayılıb.
Kadrlarda onların "Red Bull"un rəhbəri Kristian Hornerlə söhbəti əks olunub.
Qeyd edək ki, ulduz Flavio Briatore ilə 2000-ci illərin əvvəllərində nişanlı olub, iki il sonra isə onlar ayrılma qərarı veriblər. Buna baxmayaraq, fotolarda Naominin və keçmiş sevgilisinin yaxşı əhval-ruhiyyədə olduqları görünür.