AZ

Supermodel 20 il əvvəlki nişanlısı ilə görüşdü (FOTO)

"Formula-1" Azərbaycan Qran-prisinin son günündə iştirak üçün Azərbaycana səfər edən əfsanəvi britaniyalı supermodel Naomi Kempbell Bakıda 20 il əvvəlki nişanlısı Flavio Briatore ilə görüşüb.

Sosial şəbəkələrdə onların birgə fotoları yayılıb.

Kadrlarda onların "Red Bull"un rəhbəri Kristian Hornerlə söhbəti əks olunub.

Qeyd edək ki, ulduz Flavio Briatore ilə 2000-ci illərin əvvəllərində nişanlı olub, iki il sonra isə onlar ayrılma qərarı veriblər. Buna baxmayaraq, fotolarda Naominin və keçmiş sevgilisinin yaxşı əhval-ruhiyyədə olduqları görünür.
 
 Supermodel 20 il əvvəlki nişanlısı ilə görüşdü (FOTO)
 
 
Supermodel 20 il əvvəlki nişanlısı ilə görüşdü (FOTO)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
7news.az

7Mənbələr