Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Məmmədov Mübariz İlyas oğlunun qalıqları dəfn edilib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, Mübariz Məmmədovun qalıqları bu gün Bakının Nizami rayonunda, Keşlə qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.