AZ

Birinci Qarabağ müharibəsində şəhid olan hərbçi Tərlan Rüstəmovun qalıqları dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid hərbçi Rüstəmov Tərlan Kamal oğlunun qalıqları dəfn olunub.

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş zabiti Tərlan Rüstəmovla vida mərasimi keçirildikdən sonra nəşinin qalıqları Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidinin ailə üzvləri ve ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestr Dövlət Himnini ifa edib, yayılım atəşi açılıb.
Qeyd edək ki, Tərlan Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.

APA



Seçilən
42
3
herbiand.az

10Mənbələr