16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, millimiz sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Ərzurum şəhərində baş tutacaq "U-16 Türkdilli Ölkələr Turniri"ndə mübarizə aparacaq. Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində təşkil olunacaq yarışda Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və qonaq qismində Gürcüstan komandası iştirak edəcək. Komandalar iki qrupda mübarizə aparacaqlar. U-16 millimiz A qrupunda Türkmənistan və Türkiyə yığmaları ilə qarşılaşacaq. Qrup qalibləri birinci yer uğrunda, ikinci yeri tutanlar üçüncü yer uğrunda, üçüncü pillənin sahibləri isə beşinci yer uğrunda görüşdə bir-biriləri ilə qarşılaşacaqlar. Həlledici matçlar oktyabrın 6-da keçiriləcək. Millimizin oyunların təqvimini diqqətinizə çatdırırıq: 2 oktyabr 16:00. Türkmənistan – Azərbaycan 4 oktyabr 16:00. Azərbaycan – Türkiyə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta