AZ

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Fanat.Az xəbər verir ki, millimiz sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Ərzurum şəhərində baş tutacaq "U-16 Türkdilli Ölkələr Turniri"ndə mübarizə aparacaq.

Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində təşkil olunacaq yarışda Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və qonaq qismində Gürcüstan komandası iştirak edəcək. Komandalar iki qrupda mübarizə aparacaqlar. U-16 millimiz A qrupunda Türkmənistan və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Qrup qalibləri birinci yer uğrunda, ikinci yeri tutanlar üçüncü yer uğrunda, üçüncü pillənin sahibləri isə beşinci yer uğrunda görüşdə bir-biriləri ilə qarşılaşacaqlar. Həlledici matçlar oktyabrın 6-da keçiriləcək.

Millimizin oyunların təqvimini diqqətinizə çatdırırıq:

2 oktyabr
16:00. Türkmənistan – Azərbaycan

4 oktyabr
16:00. Azərbaycan – Türkiyə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
fanat.az

6Mənbələr