Budapeştdə keçirilən 45-ci Ümümdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.Komanda.az xəbər verir ki, kişilərdən ibarət komandamız bu tur Yunanıstanla bərabərə qalıb.Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.Qadınlardan ibarət millimiz isə İsveçrəni məğlub edib – 4:0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta