Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, kişilərdən ibarət Azərbaycan komandası bu tur Yunanıstanla bərabərə qalıb. Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.
Qadınlardan ibarət milli isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.
Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.