AZ

Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür

Brüssel Gürcüstan hakimiyyətinin hərəkətlərinin qeyri-demokratik “trayektoriyası” davam edərsə, Gürcüstanla vizasız rejimin dayandırılmasının mümkünlüyünü istisna etmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Tbilisidəki səfiri Pavel Xerçinski məlumat verib.

“Son aylarda Gürcüstanla Avropa İttifaqı arasında məsafə getdikcə artmaqdadır”, – deyə avropalı diplomat qeyd edib.

Onun sözlərinə görə, “vəziyyət daha da pisləşərsə”, Brüssel “müxtəlif təsir alətlərindən istifadə etməyə hazırdır”. Cənab Xerçinski xəbərdarlıq edib ki, vizasız rejimin müvəqqəti dayandırılması “belə alətlərdən biridir”.

Aİ səfiri aydınlıq gətirib ki, Avropa İttifaqı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə hazırlığı diqqətlə izləyir və bu seçkilərin “ədalətli və azad olacağına” ümid edir. Əks halda, Aİ seçkilərdən dərhal sonra Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıracaq.

“Biz bunu istəmirik, lakin vəziyyət daha da pisləşərsə, vizasız rejimlə bağlı qərar qəbul edəcəyik”, – səfir vurğulayıb.

Seçilən
12
5
nocomment.az

6Mənbələr