PSJ Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin Paris klubunun sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşın ödənilməsinə dair qərarından apellyasiya şikayəti verib.
Yenisabah.az "RMC Sport"a istinadla xəbər verir ki, bundan əvvəl Mbappe bütün tərəflərinin iştirakı ötən həftə LFP Hüquq Komitəsində çıxış edib.
Yekun qərara əsasən, PSJ-nin 26 yaşlı forvarda 55 milyon avro ödəməlidir. vakansiyalar
Məbləğ ödənilmədiyi halda kluba müəyyən sanksiyalar tətbiq edilə bilər. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.
PSJ isə LFP-nin qərarına görə apellyasiya şikayəti verib.
Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib.
Telegram kanalımız