PSJ Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin Paris klubunun sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşın ödənilməsinə dair qərarından apellyasiya şikayəti verib.
Ölkə.az Yenisabah.az-a istinadla xəbər verir ki, bundan əvvəl Mbappe bütün tərəflərinin iştirakı ötən həftə LFP Hüquq Komitəsində çıxış edib.
Yekun qərara əsasən, PSJ-nin 26 yaşlı forvarda 55 milyon avro ödəməlidir.
Məbləğ ödənilmədiyi halda kluba müəyyən sanksiyalar tətbiq edilə bilər. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.
PSJ isə LFP-nin qərarına görə apellyasiya şikayəti verib.
Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib.