Türkiyə Superliqasında altıncı turun oyunları keçirilir.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması İstanbulda baş tutub.
Şükrü Saracoğlu idman kompleksində ölkə futbolunun iki nəhəngi - \"Fənərbağça\" və \"Qalatasaray\" üz-üzə gəlib.
Oyun qonaqların üstünlüyü şəraitində keçib və bu yekun nəticədə öz əksini tapıb. \"Aslan\"ların 3 qoluna \"sarı-lacivərdlər\" yalnız 1 dəqiq zərbə ilə cavab verə biliblər - 1:3.
Bu qələbədən sonra son çempion \"Qalatasaray\" 18 xalla turnir cədvəlindəki ilderliyini möhkəmləndirərək ikinci pillədəki \"Fənər\"lə xal fərqini 5-ə çatdırıb (18-13).