Türkiyə Superliqasının VI-cı turunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gəlib.
Viral.az xəbər verir ki, “Ülker” Stadionunda baş tutan İstanbul derbisində “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.
“Fənərbağça”nın futbolçusu Dominik Livakoviç 20-ci dəqiqədə avtoqolla yadda qalıb. “Qalatasaray”ın heyətində Drays Mertens (28) və Lukas Torreyra (59) fərqlənməyi bacarıb. “Fənərbağça”nın heyətində rəqib qapısına yol tapan yeganə futbolçu Edin Ceko olub. O, 63-cü dəqiqədə penaltidən fərqlənib.
Son Yazılar:
- İstanbul derbisində “Qalatasaray” qələbə QAZANDI
- Siciliya sahillərində batan yaxtada məxfi məlumatlar OLUB?
- “Fənərbağça” – “Qalatasaray” oyununda 4 qol – İCMAL
Qeyd edək ki, bu nəticədən sonra “Qalatasaray” 18 xalla turnir cədvəlində lider mövqeyini qoruyub saxlayıb. 13 xala malik “Fənərbağça” isə ikinci yerdədir.