AZ

Dünyada insult hallarında artım aşkar edilib

Bakı. Trend:

Oklend Texnologiya Universitetinin və Vaşinqton UniversitetininSağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutununtədqiqatçıları bütün dünyada insult hallarının artdığını aşkarediblər. Elmi iş “The Lancet Neurology” jurnalında dərc olunub.

Trend xəbər verir ki,1990-2021-ci illərdə insult keçirənlərin sayı 70 faiz, insultlabağlı ölüm hallarının sayı isə 44 faiz artıb. 2021-ci ildə insultkoronar ürək xəstəliyi və COVID-19-dan sonra dünyada üçüncü əsasölüm səbəbi olub. İnsultun artan yükünü şərtləndirən mühüm amiləhalinin qocalması və qarşısı alına bilən risk faktorlarının artantəsiridir.

Təhlil üçün 1990-2021-ci illəri əhatə edən Qlobal Xəstəlik Yükü(GBD) məlumatlarından istifadə edilib. Tədqiqatçılar yüksək bədənkütləsi indeksi (BKİ), qan təzyiqi, qanda şəkərin səviyyəsi və havaçirklənməsinin təsiri kimi risk amillərinin təsiriniqiymətləndiriblər. Yaşa görə standartlaşdırılmış insident və ölümnisbətləri regional fərqləri də ortaya qoyub. İnsult yükünün aşağıvə orta gəlirli ölkələrdə əhəmiyyətli dərəcədə yüksək olduğu üzəçıxarılıb.

Təhlillər göstərib ki, insult nəticəsində itirilən sağlam həyatillərinin sayı 2021-ci ildə 160,5 milyona yüksəlib ki, bu da1990-cı ildən bu yana 32 faiz artımdır. Afrika və Asiya regionlarıkimi aşağı gəlirli ölkələrdə xəstələnmə və ölüm nisbətləri varlıölkələrlə müqayisədə 2-10 dəfə yüksəkdir. Piylənmə, hipertoniya vəhavanın çirklənməsi gənc əhali arasında insultun artmasına səbəbolan əsas amillər kimi ortaya çıxıb.

Tədqiqat həmçinin ətraf mühit amillərinin, o cümlədən yüksəktemperaturun təsiri və havanın nanozərrəciklərlə çirklənməsininəhəmiyyətli təsirini göstərdi. Risk amilləri aşağı gəlirliölkələrdə xüsusilə yüksəkdir. Bu da ətraf mühitin keyfiyyətininyaxşılaşdırılması və metabolik xəstəliklərin qarşısının alınmasıüçün tədbirlərin görülməsinə ehtiyac olduğunu sübut edir.

Seçilən
16
18
az.trend.az

10Mənbələr