AZ

Çeçenistanda saxlanılan 3 azərbaycanlının ölkəyə gətirildiyi bildirilir

Yayımlandı: 24 Sentyabr 2024 15:19 XİN prosedurun Rusiya ilə razılaşdırıldığını açıqlayıb Çeçenistanda saxlanılan 3 Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi bildirilir. Bu barədə sentyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb. Təxminən bir ay əvvəl Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiyanın miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları qeyd olunurdu. Onlardan Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı. Foto: XİN Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota da vermişdi. Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hər üç şəxsin Azərbaycana qaytarılması üçün Rusiya XİN və digər aidiyyəti qurumlar ilə danışıqlar aparılıb: “Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Hər üçünün sentyabrın 21-də Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”. Meydan TV

Seçilən
64
1
xural.com

10Mənbələr