Məsələ ilə bağlı AYNA-dan Aktual.az -ın sorğusuna cavab olaraq bildirilib ki, taksi dayanacağının ləğv olunması infrastruktur işləri ilə əlaqədardır.
"Sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb. Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”, - qurumdan bildirilib.