28 May küçəsində aparılan təmirdən sonra təşkil edilmiş yeni taksi dayanacağı ləğv edilib."DogruXeber.az" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb: “Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”.Qeyd edək ki, bir neçə aydır paytaxtın küçə və prospektlərində intensiv şəkildə təmir və yenidən xətlənmə işləri aparılır. Bəzi ərazilərdə hərəkətin təşkilində uyğunsuzluq və qeyri-müəyyənlik yaranır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta