Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem”lə oyununun hazırlığını başa vurub.
İdman.biz xəbər verir ki, Ağdam klubu I turun səfər matçı ərəfəsində son məşqini Londondakı “Tottenhem Hotspur” stadionunda keçirib.
Oyunöncəsi hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşqdə futbolçular “Tottenhem”lə görüşün hazırlığını tamamlayıblar.
Qeyd edək ki, bu gün keçiriləcək “Tottenhem” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdman.biz