AZ

Dünya çempionumuz Londonda Qurban Qurbanovla görüşüb: “Əlavə suallarla yormaq istəmədim”

“Dünən Qurban Qurbanovla “Tottenhem” “Qarabağ” oyunu öncəsi görüşümüz oldu. Uzun illərdir tanış olduğumuz baş məşqçi ilə qısa, lakin səmimi söhbət etdik”.

Bunu İdman.bizə kikboksinq üzrə dünya çempionu Hafiz Baxşəliyev deyib.

Böyük Britaniyada yaşayan və "Immortal Champions" təşkilatının təsisçisi olan veteran kikboksçu “Tottenhem” - “Qarabağ” matçından əvvəl təmsilçimizin baş məşqçisi Qurban Qurbanovla görüşüb. O bildirib ki, oyuna çox az vaxt qaldığından Azərbaycan çempionunu əlavə suallarla yormaq istəməyim: “O hər zaman olduğu kimi sakit, lakin matça tam konsentrasiya olmuş vəziyyətdə idi. Bu da komandanın motivasiyasını əks etdirir. Görüş zamanı ona kiçik bir hədiyyəmiz oldu. Qurbanov bu jestimizi böyük hörmətlə qarşıladı”.

Baxşəliyev bildirib ki, bugünkü görüşdə komandamıza tam dəstək olacaqlar: “Qarabağ”ın Britaniya komandaları ilə oyunlarında həmişə iştirak edirik və bugünkü görüş də həmin ənənənin davamı olacaq. “Qarabağ”ı stadionda dəstəkləyəcəyik və komandamızın gözəl oyun nümayiş etdirəcəyinə əminik”.

Qeyd edək ki, Londonda keçiriləcək oyunun start fiti bu gün saat 23:00-da səslənəcək.

Emin Ağa
İdman.biz

Seçilən
49
50
idman.biz

10Mənbələr