Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısıİlham Əliyev çıxışında bir sıra məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi,ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısındadayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatlarıöz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanındayanıqlı inkişafı təmin ediləcəkdir.Ölkə başçısı öz çıxışında xüsusi olaraq verğuladı ki, müstəqil, prinsipial xarici siyasət bizim əsasistiqamətimizdir. “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinəqarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunuetməsinlər”, - deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.Bildirdi ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində buamil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasındakim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edirki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısavasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu,səhv təsəvvürdür, bu, olmayacaq.Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bizə qarşı ideoloji təxribatlar davamedir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısındaxalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada köksalması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. “Bizə qarşı aparılan çirkinoyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, mediaməkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir -bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.Ölkəmizə qarşı edilən bu kimi cəhdlərin qarşıya daim qətiyyətlə alınır. Ən əsasıAzərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi ölkəmizə qarşı aparılan ideolojimübarizənin qarşısını almağa geniş imkanlar yaradır. Azərbaycan yeni inkişaf dövrünü yaşayır.Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duranbəzi vəzifələri açıqladı. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki,İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər,yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eynizamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.Ölkə başçısı bu çağırışı etdi ki, yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişafetdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbizavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursatistehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktikmüstəviyə keçib. Növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz daha böyük olacaq. Yerlihərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir.Xarici mənbələrdən daha az asılı olmalıyıq. Bu asılılığı tam aradan qaldırmaq mümkünolmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təminetməliyik.Beləliklə Azərbycanın qazandığı uğurların qısa təhlili belə nəticəyə gəlməyə əsas verir ki,əldə edilənlər gələcəyə daha böyük inamla addımlamağa yardımçı olacaq. Prezidentin də qeydetdiyi kimi bu uğurlarla kifayətlənməyib daim irəli addımlamalıyıq və gələcəkdə qarşımızda birçox digər vəzifələr durur.Vüqar Hüseynov,Sabirabad rayon Su Kanal sahəsinin müdiri
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta