AZ

Bakı Sağlamlıq Mərkəzi COP-29-a hazırlaşıb - MÜSAHİBƏ

Azərbaycan son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. O cümlədən, cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir. Belə olan halda dünyanın müxtəlif ölkələrindən gələn insanların ölkədaxilində epidemioloji vəziyyətin dəyişməsinə səbəb olması ehtimalları artır. Sosial mediada mövcud vəziyyətdən narahatlığı ilə bağlı müzakirələr açılıb. Nəzərə alsaq ki. COP 29 mövsumu payız xəstəliklərinin çoxaldığı dövrə təsadüf edir. Bu gərginlik birə beş artır. 

COP29-la əlaqədar səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, doktor Asiman Həsənov bildirib ki, qripdən qorunmağın ən effektiv üsullarından biri vaxtında vaksinasiyadır.

Asim Həsənov Modern.az-a COP-29-a hazırlıq, vaksinasiya prosesi barədə geniş məlumat verib.

Müsahibəni sizə təqdim edirik:

- Bakı Sağlamlıq Mərkəzi COP29-a necə hazırlaşır?

- Ölkəmizdə bir çox beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzu durmadan artır. COP29 tədbiri dünyada iştirakçı sayına görə dünyada ən böyük tədbirlərdən biridir. Bizim ölkəmizdə keçiriləcək tədbirlə əlaqədar ölkəmizdə yaradılmış qərargah tərəfindən bir neçə xəstəxana bu iş üçün ayrılıb. Onlardan biri də Bakı Sağlamlıq Mərkəzidir. Bununla bağlı xəstəxanamızda bir çox planlar qurulmuş və tədbirlər həyata keçirilmişdir.
İstər dil biliklərinin artırılmasında, istərsə də tibbi vərdişlərin artrılmasında, eləcə də cop29 qərargahı təlimatlarına uyğun tapşırıqların yerinə yetirilməsi üçün hazırlıq işləri görülür. Bununla bağlı xəstəxanamızda təcili yardım, poliklinik və ambulator klinika və stasionar və reanimasion şöbələr ayrılmışdır. Stasionar-reanimasyion şöbələrdə lazımi sayda xüsusi yataq və yerlər ayrılmışdır. Şöbələr lazımi cihaz və avadanlıqlarla təchiz edilib. 

- COP29 zamanı müxtəlif ölkələrdən minlərlə insan ölkəmizə gələcək, nəzər alsaq ki, dünya üzərində epidemioloji vəziyyət heç də ürək açan deyil. Belə olan halda öncədən hansı addımlar atılacaq?

- COP29-la bağlı bütün Azərbaycan vətəndaşları ya fayda verməlidirlər, ya da ziyan vurmamalıdırlar. Bütün vətəndaşlar tədbir üçün ayrılan ərazilərdə və digər bölgələrdə verilən tapşırıqlara əməl etməli, hansısa gərginlik yaratmamalıdır. Təlimatlara uyğun hərəkət etmək tövsiyə olunur. Bu dövrdə bu və digər psixoloji gərginliyə heç bir lüzum yoxdur. COP29-la bağlı ən vacib məsələlərdən biri dünyanın müxtəlif yerlərindən qonaqlar təşrif buyuracaqlar. Bu insanlarda mövsumi qrip və virus daşıyclarının olması da mümkündür. Buna görə də əhalimiz mövsummi qripə qarşı peyvənd vurdurmalıdır. Bu il əvvəlki vaxtlardan fərqli olaraq daha erkən vaksinlər ölkəmizə gətirilib. Bu da əhalimizin sağlına göstərilən diqqət və qayğının göstəricisidir. Bakı Sağlamlıq Mərkəzi olaraq artıq vasksinləmə prosesinə başlamışıq.

- Vaksinasiya olmaq daha çox kimlər üçün nəzərdə tutulub? 

- Bütün əhaliyə vaksinasiya olunmaq tövsiyə olunur. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.Bu, ölkəmizdə həmin dövrdə qrip infeksiyasının qarşısını almağa kpmək edər, həm də gələn qonaqların yoluxmasına və ya onlardan yoluxmanın qarşısını alar. Qrip əleyhinə peyvənd olunma həm səhiyyə müəssisələri çalışanları üçün həmçinin də gələn qonaqlarla işləyəcək olan güc qurumları üçün xüsusilə vacibdir.

- COP29-a hazırlıq prosesində hansı işlər görülüb? 

- COP29 qərargahın təlimatına uyğun tapşırıqların yerinə yetirilməsi üçün hazırlıq işləri görülür. Xəstəxanamızda bunula bağlı təcili yardım, ambulator poliklinik, diaqnostika və stasionr və reanimasiyon şöbələr ayrılmışdır. Stasionar-reanimasiyon şöbələrdə lazımi yataq sayında xüsusi yerlər ayrılmışdır. Bura lazımi cihaz və avadanlıqlarla təmin edilib

Seçilən
68
50
modern.az

10Mənbələr