Aparıcı Vüsalə Əlizadə vəfat edən atası haqda danışıb kövrəlib.
Axşam.az xəbər verir ki, bu haqda öz proqramında söz açan Vüsalə atasından qalan əşyaları xatırlayıb:
"Bəzən insan sevdiklərinin əşyasına toxunmaq istəyir. Atamın iş əlcəyi, təsbehi və əl yaylığı var idi. Atamın vəfatından 12 il keçir. O yaylığı hələ də yumamışam. Qaçıb birinci avtomobildən onları götürmüşdüm. İndiyənə qədər onu bir paketə bağlayıb saxlamışam ki, iyi getməsin".