“Bəzən insan sevdiklərinin əşyasına toxunmaq istəyir. Atamın iş əlcəyi, təsbehi və əl yaylığı var idi”.
Demokrat.az OLAY-a istinadən bildirir ki, bu sözləri Vüsalə Əlizadə aparıcısı olduğu “İncə səhər” verilişində vəfat edən atası haqda danışarkən deyib.
Əlizadə mərhum valideyni ilə xatirələrini bu sözlərlə davam edib:
”Atamın vəfatından 12 il keçir. O yaylığı hələ də yumamışam.Qaçıb birinci avtomobildən onları götürmüşdüm. İndiyənə qədər onu bir paketə bağlayıb saxlamışam ki, iyi getməsin”.