AZ

"Zirə" böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.
BUTA.TV xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. "Zirə" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.

Seçilən
3
19
buta.tv

10Mənbələr