AZ

Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.Mediaxeberleri.Az-ın məlumatına görə, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib."Qartallar" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.09:09Bu gün Azərbaycan Premyer Liqasında VIII turun ikinci oyun gününün görüşləri keçiriləcək.Mediaxeberleri.Az xəbər verir ki, "Zirə" "Kəpəz"i, "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.Qeyd edək ki, "Zirə" - "Kəpəz" görüşü saat 17:00-da, "Neftçi" - "Sumqayıt" qarşılaşması isə 19:30-da start götürəcək.28 sentyabrAzərbaycan Premyer Liqası"Zirə" - "Kəpəz"Saat 17:00, Zirə Olimpiya Kompleksi"Neftçi" - "Sumqayıt"Saat 19:30, "Neftçi Arena"

Seçilən
1
19
mediaxeberleri.az

10Mənbələr