AZ

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın COP29-a sədrliyini müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin rəsmi “X” hesabında məlumat paylaşılıb.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib. [Görüşdə] Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – məlumatda qeyd edilib.



Bizim.Media

Seçilən
82
50
bizim.media

10Mənbələr