Almaniya II Bundesliqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard start heyətində meydana çıxıb. O, fasilədə əvəzlənib.
7 turdan sonra 7 xal toplayan "Nürnberq" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi