Almaniya II Bundesliqasında VII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli də start heyətində meydana çıxıb. O, fasilədə əvəzlənib. Qeyd edək ki, 7 turdan sonra 7 xal toplayan "Nürnberq" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta