AZ

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb.Elchi.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib.Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb.Qeyd edək ki, Milli Məclisin sentyabrın 23-də keçirilmiş ilk iclasında aşağıdakı komitələrə sədrlər seçilib:Əli Hüseynli – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriArzu Nağıyev – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədriZahid Oruc – İnsan hüquqları komitəsinin sədriSadiq Qurbanov – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədriAzər Əmiraslanov – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədriTahir Rzayev – Aqrar siyasət komitəsinin sədriMusa Quliyev – Əmək və sosial siyasət komitəsinin sədriSiyavuş Novruzov – Regional məsələlər komitəsinin sədriAnar İsgəndərov – Elm və təhsil komitəsinin sədriPolad Bülbüloğlu – Mədəniyyət komitəsinin sədriSəməd Seyidov – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriƏhliman Əmiraslanov – Səhiyyə komitəsinin sədriHicran Hüseynova – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədriŞahin İsmayılov – Gənclər və idman komitəsinin sədriFazil Mustafa – İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Seçilən
60
49
elchi.az

10Mənbələr